319
16:03
09 Oktyabr 2019

Bu ərazidə təmir işləri aparılacaq - DİQQƏT

Bu gündən Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsində təmir işlərinə başlanılır.
Bu barədə Lent.az -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təmir işləri sözügedən küçənin Badamdar şossesi ilə kəsişməsindən Bakı Oxford Məktəbinə qədər olan hissəsində aparılacaq.
Abbasqulu Abbaszadə küçəsində sıxlıq və tıxacın yaranmasının qarşısını almaq üçün sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.