486
19:11
09 Oktyabr 2019

Dünyanın ən kiçik ÇOXFUNKSİYALI PRİNTERİ

1,5 kq ağırlığında olan yeni “Epson WF-110” printeri yol çantası və ya portfelə asanlıqla yerləşir. Printer həm USB, həm də şəbəkə vasitəsilə enerji toplaya bilən litium-ion batareyası ilə təchiz edilib. Qurğuya əlavə kənar batareya qoşmaqla onun işləmə müddətini artırmaq olar, bu halda printerin çəkisi artaraq 2,04 kq olacaq.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, bu printer USB-kabeldən başqa “Wi-Fi” və “Wi-Fi Direct” protokollarından istifadə edə bilər.
Buna görə “WF-100” cihazı asanlıqla smartfon və planşetlərə qoşulur. Bundan başqa, “Alexa”, “Google Assistant” və ya “Siri” səsli köməkçilərinin köməyi ilə sözügedən printeri idarə etmək mümkündür. Printer 1,4 düymlük rəngli maye kristal ekran və kiçik idarəetmə paneli ilə təchiz edilib.
“Epson WF-100” printeri ağ-qara şəkillər üçün sənədləri və 10x15 sm ölçüsündə şəkilləri dəqiqədə 6,7 səhifə sürəti ilə, rənglilər üçün isə dəqiqədə 3,8 səhifə sürəti ilə çap edir. Yeni kiçik ölçülü printerin qiyməti 300 dollardır.