558
14:44
09 Oktyabr 2019

“Milan”ın yeni baş məşqçisi müəyyənləşdi

İtaliyanın “Milan” klubunun yeni baş məşqçisi müəyyənləşib.
APA-nın məlumatına görə, bu posta Stefano Pioli təyin olunub.
O, istefaya göndərilən Marko Campaolonu əvəzləyib. Yeni baş məşqçi ilə 2 illik müqavilə imzalanıb.
Anlaşmanın maliyyə tərəfi rəsmən açıqlanmır. Lakin İtaliya KİV-inin iddiasına görə S.Pioli ildə 1,5 milyon avro qazanacaq.
Qeyd edək ki, 53 yaşlı mütəxəssis əvvəllər “İnter”, “Latsio”, “Bolonya”, “Parma”, “Kyevo”, “Palermo”, “Sassuolo” və “Fiorentina”da çalışıb.