783
13:15
09 Oktyabr 2019

Azərbaycanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı NAZİRDƏN AÇIQLAMA

Azərbaycan Rusiya tərəfindən ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı irəli sürülən təklifi nəzərdən keçirir.
" APA -Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Energetika naziri Pərviz Şahbazov deyib.
Nazirin sözlərinə görə, Rusiya bu sahədə böyük təcrübəyə malikdir və bu ölkənin dünya üzrə bir çox analoji layihələri var: "Bizə də təklif olunub və Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma konkret bir şey demək hələ tezdir".