858
19:46
09 Oktyabr 2019

Azərbaycanlı aktrisa Türkiyədə qəzaya səbəbkar oldu

Əslən azərbaycanlı olan aktrisa, Nəsrin Cavadzadə istəmədən qəzaya səbəb olub.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə serialda oynayan aktrisa idman mərkəzindən çıxarkən kameralara tuş gəlib.
Müxbirlərdən qaçan Cavadzadə ağacın budağına dolaşıb. Həmin vaxt aktrisaya baxdığından diqqəti yayınan taksi sürücüs maşınını başqa bir maşına çırpıb. Nəsrin “Bir islanmış saçla görüntülənmədiyim qalıb” deyərək jurnalistlərə əsəbiləşib.