1573
12:47
09 Oktyabr 2019

Xoşqədəm canlı efirdə AĞLADI - SƏBƏB - VİDEO

Aparıcı Xoşqədəm Hidayətqızı xərçəng xəstəliyindən dünyasını dəyişən bacısı barədə danışıb.

Lent.az -ın məlumatına görə, aparıcı “Səni axtarıram” verilişində 38 yaşında rəhmətə gedən bacısı barədə danışarkən göz yaşlarına hakim ola bilməyib:

“Bacım dünyasını dəyişən zaman 3 uşağı qalmışdı. Onun rəhmətə gedən 7-ci günündə anamın bağda xısın-xısın ağladığını, öz-özünə danışdığını gördüm. Deyirdi ki, kaş mən ölərdim, övlad itkisi yaşamazdım. Övladı olan bir insanın dünyasını dəyişməsi dəhşətdir. Mən hər zaman demişəm ki, bütün dərdlər bizim ailəyə tanışdır. Hamısını yaşamışıq. Bəzən mənə deyirlər ki, filankəsi çox və ya az müdafiə edirsən. Mən ayrılığı 16 yaşında yaşamışam. Qəribliyi, ölümü, ayrılığı da yaşamışam”.