395
09:38
09 Oktyabr 2019

Messidən Neymarla bağlı maraqlı AÇIQLAMA

“Mən düşünürdüm ki, Neymar “Barselona”ya qayıtmasa, “Real”a keçəcək”.
APA -nın məlumatına görə, bunu Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi deyib.
Cənubi amerikalı klubdakı sabiq komanda yoldaşı Neymar barədə fikirlərini açıqlayıb. O bildirib ki, yayda PSJ-dən ayrılacağı gözlənilən braziliyalının “Real”a keçəcəyini fikirləşirmiş: “O həqiqətən də PSJ-ni tərk etmək istəyirdi. Neymar bu barədə demişdi. Fikirləşirdim ki, Florentino Peres və “Real” onunla müqavilə bağlamaq üçün hər şey edəcək”.
Qeyd edək ki, Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə 222 milyon avroya keçib.