204
03:52
09 Oktyabr 2019

Ağ Ev Trampın impiçment prosesində Demokratlarla əməkdaşlıq etməyəcək

Ağ Ev Trampın impiçment proseduru çərçivəsində ABŞ Konqresindəki Demokratlarla əməkdaşlıq etməyəcəyi barədə məlumat yayıb.
APA TASS-a istinadla xəbər verir ki, məlumatda bildirilib ki, Demokratlar tərəfindən Trampa qarşı impiçment cəhdinin heç bir konstitusiya əsası yoxdur.
Rəsmi Vaşinqton hesab edir ki, Trampın Demokratlar tərəfindən başladılan impiçment prosesi 2016-cı il seçkilərinin nəticəsini ləğv etmək cəhdidir.