417
11:09
08 Oktyabr 2019

Ofelya Sənaninin səhhəti ilə bağlı SON XƏBƏR - VİDEO

Xalq artisti Ofelya Sənaninin səhhətindən xəbər var. Lent.az -ın məlumatına görə, tanınmış diktor “Elgizlə izlə” verilişinə zəng edərək, sağlamlığından danışıb: “İndi yaxşıyam. Həkimlər yaxşı olduğuna görə, 2-3 gün ərzində bədənimdə olan ağrılar getdi. Saytlar da çox şişirtdilər. Dəfələrlə kardioqrama etdilər, indi yaxşıyam”.

Qeyd edək ki, Ofelya Sənaninin infarkt keçirdiyi bildirilirdi.