262
09:35
08 Oktyabr 2019

Gimnastımız bu səbəbdən dünya çempionatında iştirak etməyəcək

Azərbaycan gimnastı Mixail Malkin Yaponiyanın paytaxtı Tokioda keçiriləcək batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə dünya çempionatında iştirak edə bilməyəcək.

APA -ya bu barədə məlumatı Azərbaycan Gimnastika Federasiyasından veriblər.

Avropa çempionunun noyabrın 28-dən dekabrın 1-dək olacaq mundialı buraxmasında səbəb zədələnməsidir. M. Malkin oktyabrın 5-6-da İpaniyanın Valyadolid şəhərində keçirilən batut gimnastikası, tamblinq və ikili mini-batut üzrə Dünya Kubokunda sıradan çıxıb. Tamlinqçi final hərəkətlərini icra edərkən zədə alıb və yarışları dayandırmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, analoji yarışda İlya Qrişunin, Oleq Piunov və Ruslan Ağamirov da mübarizə aparıb. Lakin onlar çıxışları zamanı yol verdikləri səhvlərə görə final mərhələsinə adlaya bilməyiblər.