1528
19:47
07 Oktyabr 2019

Məşhur sənətçinin bacısı ev təmizləyir, it...

2005-ci ildə atasını itirən Bərgüzar Korelin Boğaziçi Universitetindən məzun olan bacısı Zeynep Korel ABŞ-da evlərdə təmizlik işləri görür.
Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, Tanju Korel-Hülya Darcan cütlüyünün qızları Amerikada ikinci bir həyat qurub.
Türkiyədə yaşadığı zaman idarəçiliklə mğşğul olan ünlü oyunçu Bergüzar Korelin bacısı Zeynep Korel Amerikadakı həyatına sıfırdan başlayıb.
Zeynep Korel 400 lirəyə evlərdə təmizlik işləri görür, 70 lirəyə it gəzdirir.
Boğaziçi Universitetindən məzun olan 45 yaşındakı Korel 2005-ci ildə atası Tanju Koreli itirib.
“Amerikada evləri təmizləməyə gedirəm. Hazırda işim gündəlikdir. Bundan daha aşağısı yoxdur. “Ailənin imkanları olmasına rəğmən, sən bunu necə edirsən” sualına belə cavab verib: “Heç bir şey ayıb deyil. Çalışmaq isə heç ayıb deyil. Atamın dediyi kimi ürəyimin götürdüyü yerə getdim. Atam yaşasaydı, hər şey çox fərqli olardı”.