385
15:23
07 Oktyabr 2019

“Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlandı

"Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi və proqramın detlları açıqlanıb.

Bu barədə festivalın təşkilat komitəsindən Lent.az -a bildiriblər. Məlumata görə, gələn il festival iyulun 29-dan avqustun 2-dək keçiriləcək.

Beş gün ərzində hər zövqə görə 5 unudulmaz proqram təqdim ediləcək. İyulun 29-da festivalın qala konserti olacaq. İyulun 30-da 2000-ci illərin ulduzları çıxış edəcək, həmçinin Rusiya müğənnisi Filip Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. İyulun 31-də ötən əsrin 90-cı illərinin hitləri səsləndiriləcək və Dima Malikovun yaradıcılıq gecəsi olacaq.

Dördüncü gündə isə dünyanın hər yerindən populyar ulduzların çıxışı gözlənilir. Festivalın bağlanışı avqustun 2-nə planlaşıdırılır.

Qeyd edək ki, festival ənənəvi olaraq Bakıda, “Sea Breeze” istirahət zonasında keçirilir.