2623
11:58
07 Oktyabr 2019

"Qızım olsaydı, universitetə getməyə qoymazdım" - Xalq artisti

Xalq artisti Nazpəri Dostəliyeva “Ay Zaur” verilişində şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Lent.az -ın məlumatına görə, müğənni bildirib ki, illər öncə qız övladının dünyaya gəlməsini arzu edib:

“Çox istəyərdim ki, qızım olsun. Amma Allah xasiyyətimi bildiyi üçün verməyib. Qız uşaqlarına qarşı çox qısqancam. Onu bir dəqiqə nəzarətsiz buraxmazdım. Hətta, qızımı universitetə getməyə qoymazdım ki, oxusun. Bəlkə də, rəfiqələrinin olmağına belə icazə verməzdim”.

N.Dostəliyeva gənc yaşında ailə qurmasından da danışıb:

“Orta məktəbdə oxuyanda ailə qurdum. Nişana kimi oğlanı görməmişdim. Atam bilirdi ki, yaxşı ailənin övladıdır. Həyat yoldaşım toylara icazə verirdi, amma efirə getməyə qoymurdu. Dörd yaş məndən böyük idi. Universitetdə təhsil aldı, sonra mühəndis kimi çalışdı. Lakin illər sonra dünyasını dəyişdi. Biz 13 il evli qaldıq. Bu nikahdan iki oğlan övladımız dünyaya gəldi”.