373
17:13
05 Oktyabr 2019

® Kontakt Home-da “Müəllimlər Günü” münasibətilə hədiyyə və kampaniya yağışı

Müəllimlər Günü əziz və sevimli müəllimini yad etmək və onu peşə bayramı münasibətilə təbrik etmək üçün əla imkandır. Kontakt Home müəlliminizi orijinal və gözəl şəkildə təbrik etmək, eyni zamanda həm ona, həm də özünə hədiyyə qazandırmaq üçün əla imkan yaradır.

Belə ki, şirkət rəsmi Facebook səhifəsində elan etdiyi müsabiqə ilə müəllim və şagirdinə 1000 manatlıq hədiyyə qazandırır. Müsabiqədə iştirak etmək üçün sadəcə bayram paylaşımının altına sevimli müəlliminizin ad, soyad və çalışdığı təhsil ocağını qeyd etməli və müəllimi ilə bağlı ən xoş xatirəsini paylaşmalısınız. Ən çox bəyənilən şərh sahibi və müəllimi hər biri 500 AZN dəyərində hədiyyə kartı əldə edəcək.

Bayram münasibətilə müəllimləri daha bir kampaniya gözləyir. Belə ki, 5-7 oktyabr tarixlərində Kontakt Home mağazalarına yaxınlaşan müəllimlər bütün məhsulları ilkin ödənişsiz, komissiyasız, 24 ayadək faizsiz şərtlərlə əldə edə bilər.

Bütün kampaniya və endirimlərlə bağlı suallarınızı həm də *6060 Çağrı Mərkəzinə zəng edərək verə bilərsiniz. Sizə ətraflı məlumat veriləcək.

Hörmətli müəllimlər!

Kontakt Home adından Sizi peşə bayramınız mübasibətilə səmimi qəlbdən təbrik edir, fədakar fəaliyyətinizlə təhsilli, dünya görüşlü nəslin yetişməsində sərf etdiyiniz zəhmətdən dolayı Sizə minnətdarlığımızı bildiririk. Qoy şagirdlərinizin səmimi və xoş sözləri qəlbinizi hər zaman isitsin. Sizə möhkəm can sağlığı, xoşbəxlik, firavanlıq və yeni-yeni uğurlar arzulayırıq!