318
17:55
04 Oktyabr 2019

Gələn ilin imtahanlarına hazırlıq başladı

Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili, Azərbaycan dili, ədəbiyyat, alman dili, fransız dili, kimya, fizika, rus dili (tədris dili və xarici dil kimi), ədəbiyyat (rus bölməsi), ərəb dili, fars dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən imtahanların məzmunu ilə bağlı materialların hazırlanması üçün işçi qruplaryaradılıb.

Mərkəzdən Lent.az -a bildirilib ki, işçi qruplartərəfindən buraxılış və qəbul imtahanlarında mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan alt standartlara yenidən baxılması və proqramların təkmilləşdirilməsi, yeni tapşırıq nümunələrinin tərtib edilməsi üçün bölgü aparılıb.

Növbəti həftə işçi qruplarmüzakirələri davam etdirəcək.