677
18:49
04 Oktyabr 2019

Məşhur şirkətin məhsulları xəstəliklərə səbəb olur - AÇIQLAMA

ABŞ-da fəaliyyət göstərən məşhur "Johnson & Johnson" firması cərimə edilib.
Buna səbəb isə insanların əksəriyyəti körpələr üçün istifadə etdiyi " Johnson & Johnson" firmasının istehsalı olan kirşanların xəstəlik əmələ gətirməsi ilə bağlı olub. İnsanların şikayəti əsasında araşdırmalarla məlum olub ki, həmin kirşanların istifadəsindən sonra qadınların yumurtalığında xərçəng xəstəliyi əmələ gəlir. Bununla bağlı ABŞ-da keçirilən məhkəmədə şirkət 417 milyon dollar təzminat ödəməyə məhkum edilib.
Sözügedən "Johnson & Johnson" şirkətinə aid pudralardan (kirşan) ölkəmizdə də istifadə olunduğu üçün pediatr Maral Əsgərova ilə əlaqə saxladıq.
Lent.az -a açıqlama verən terapevt bildirib ki, həmin məhsullarla bağlı bir neçə dəfə həkimə də şikayət olunub:
“Həmin şirkətin təkcə kirşanlarından deyil, digər məhsulları ilə bağlı da narazılıqlar olub. Çünki şirkətin məhsulundan istifadə edən valideynlər uşaqlarında allergik reaksiya verdiyindən şikayət ediblər. Yəqin ki, tərkibində olan hansısa maddələr zərərlidir. Mən o şirkətin, ümumiyyətlə heç bir məhsulunu istifadə etməyi məsləhət görmürəm”.