358
11:03
03 Oktyabr 2019

Azərbaycan bu məhsulla özünü tam təmin etmək niyyətindədir - RƏSMİ

Azərbaycanda hər il ərzaq buğdası istehsalının təqribən 200 min ton artırılması növbəti dövrdə ölkənin bu sahədə özünün təminat göstəricisinin yüksəlməsi üçün kifayət edəcək.
" APA -Economics"in məlumatına görə, bunu jurnalistlərə Aqrar Tədqiqatlar Mərkəzinin rəhbəri Firdovsi Fikrətzadə deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın ərzaq buğdası ilə özünü təminat göstəricisi 62% təşkil edir: "Məqsədimiz – bu göstəricini daha da yuxarı göstəriciyə çatdırmaqdır".