487
16:04
23 Sentyabr 2019

Azərbaycanda təhlükəli virus infeksiyaları var? - NAZİRLİKDƏN AÇIQLAMA

Hər il olduğu kimi bu il də havaların soyuması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyaları üzərində epidemioloji monitorinq aparılır.
Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hazırda Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir, mövsüm dəyişikliyi ilə əlaqədər tək-tək hallarda kəskin respirator virus infeksiyaları müşahidə edilir, artım yoxdur.