900
17:03
23 Sentyabr 2019

Gavalı salatını hazırlanma qaydası - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “BIS-DUS Babayeva Babayeva” adı ilə məşhur olan səhifəyə istinadla gavalı salatının resepti ilə tanış edəcəyik.
Tərkibi:
Toyuğun döş əti, qoz, xama, mayonez, tumsuz qara gavalı, duz
Hazırlanma qaydası:
Toyuğun döş ətini suda qaynadırıq. Duzu toyuğun döş əti qaynayarkən əlavə edirik. Sonra qozu, gavalını və toyuğu uzunsov doğrayıb, salatı hazırlayırıq. Boşqaba mayonez çəkib toyuğun döş ətini çəkirik. İkinci qata isə moyenez vurub doğranılmış qozu əlavə edirik. Üçüncü qata isə mayonez vurub gavalını düzürük. Dördüncü qata mayonez vurub, doğranılmış qozu, daha sonra toyuğun döş ətini əlavə edirik. Sonda üzərini gavalı ilə bəzəyib soyuducuda 2 saat saxlayıb servs edirik.
Nuş olsun!