540
09:00
23 Sentyabr 2019

Elməddin xanımı barədə danışdı: "Evdə qırğın düşür"

Aktyor Elməddin Cəfərov "Şən bazar" verilişində həyat yoldaşı barədə danışıb. Lent.az -ın məlumatına görə, tanınmış aktyor bildirib ki, həyat yoldaşı onu qısqandığı üçün aralarında söz-söhbət olur:

"Yoldaşımla dostuq. Mənə güvənir. Ən azından bir-birimizi başa düşürük. Bu, faciəyə çevrilmir. Qısqanır, evdə qırğın düşür. Sonra isə barışırıq".

Qeyd edək ki, Elməddin daim ailəsini mediadan gizli saxlayır. Cütlüyün 2 oğlu var.