178
06:42
23 Sentyabr 2019

Honq Konq polisi dəmir yolu stansiyası və hava limanını nəzarətə götürdü

Honq Konqun polisi iğtişaşçıların hücumunun qarşısını almaq məqsədilə şəhərin dəmir yolu stansiyası və hava limanında mövqe tutublar.
APA “voiceamerica”ya istinadla bildirir ki, stansiya və hava limanına yalnız biletləri olan sərnişinlər buraxılır. Lakin buna baxmayaraq nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb.
Qeyd edək ki, bundan əvvəl nümayişçilər hava limanının gəliş terminalını ələ keçirərək, yaxınlıqdakı yolları bağlayıb, küçələrdə yanğın törətmişdi.
Xatırladaq ki, Honq Konqda nümayişlər hökümətin irəli sürdüyü ekstradisiya qanun layihəsinə etiraz olaraq başlayıb və daha sonra yarı-muxtar ərazidə daha böyük demokratiya tələblərinə çevrilib.
Etirazçılar Pekin və Lamın hökümətinin keçmiş Brtianiya müstəmləkəsi 1997-ci ildə Çinə təhvil verilərkən onlara vəd edilən “yüksək dərəcədə muxtariyyət” və qərbsayağı vətəndaş azadlıqlarını əllərindən aldığından şikayətlənir.