239
05:48
23 Sentyabr 2019

Bu ölkədə aviazərbələr 90-dan çox əsgərin canını aldı

Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusunun (LMO) paytaxt Tripoliyə hava zərbələri nəticəsində Liviyanın hökumət qüvvələrinin 90-dan çox hərbçisi ölüb, 150 nəfər yaralanıb.
APA -nın TASS-a istinadən verdiyi məlumata görə, bunu bazar günü LMO-nun mətbuat katibi, briqada generalı Xalid əl-Mahjub deyib.
"Döyüşlərdə paytaxt birləşmələrinin bir neçə lideri öldürüldü", açıqlamasını verən Əl-Mahjubun sözlərinə görə, silah və sursat olan anbarlara hücum edilib.