642
23:08
22 Sentyabr 2019

Qoz ağacına çıxmağa peşman oldu: onurğası, ayaq sümüyü, biləyi...


Zaqatala rayonunun Faldar kəndində arzuolunmaz hadisə baş verib.

APA -nın şimal-qərb bürosunun məlumatına görə, qoz ağacından yıxılan kənd sakini, 1990-cı il təvəllüdlü Samir Mustafa oğlu Əliyev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Məlumatda bildirlir ki, S.Əliyevə “L-3” fəqərəsinin, sağ daban sümüyünün və sağ biləyinin sınığı dioqnozu qoyulub. O, xəstəxananın Cərrrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.