408
22:20
22 Sentyabr 2019

Zəhərli həşəratın sancdığı qadın ŞOKA DÜŞDÜ

Mingəçevirin “Energetik” yaşayış massivində şəhər sakini, 1981-ci il təvəllüdlü Rəna Allahverdiyevanı kürək nayihəsindən zəhərli həşərat sancıb.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, hadisə ərazidəki fərdi təsərrüfatlardan birində baş verib.
Ciddi narahatlıq keçirən və halsizlaşan R.Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Həşəratın sancması qadında həm də alergik şok yaradıb.