493
21:49
22 Sentyabr 2019

Vurğun Əyyubun səhhəti ağırlaşdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb.
Bu barədə APA -ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub bildirib.
Bununla belə, o, Vurğun Əyyubun komaya düşməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyub. Vurğun Əyyubun səhhətinin ağır olaraq qaldığını qeyd edən İ.Əyyub ailə üzvlərinin media nümayəndələrindən onları tez-tez narahat etməməyi xahiş etdiyini diqqətə çatdırıb.