312
21:24
22 Sentyabr 2019

Mingəçevir su anbarı ərazisində mərmi tapılıb

Bu gün Mingəçevir su anbarı hövzəsində çimərlik ərazisində yerli sakinlər tərəfindən mərmi tapılıb.
APA -nın Mingəçevir bürosunun məlumatına görə, sahildə dolaşan azyaşlı uşaqlar suyun çəkildiyi ərazidə naməlum əşya aşkar edib və hətta onunla oynamağa cəhd göstəriblər. Daha sonra onu görən ərazi sakinləri - məcburi köçkünlər onun mərmi olduğunu müəyyən edərək aidiyyəti qurumlara xəbər edib. ANAMA nümayəndələri əraziyə gələrək mərmini təhlükəsiz yerə götürüb.