385
18:18
22 Sentyabr 2019

Yığmamız Rusiyaya məğlub oldu

Rusiyanın Həştərxan şəhərində təşkil olunan futzal üzrə “Caspian Cup-2019” turnirinə start verilib.

APA -nın məlumatına görə, Azərbaycan millisi ilk oyununu keçirib.

Joze Alesionun baş məşqçisi olduğu komanda Rusiya yığması ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1. Millimizin qolunu Edurado vurub.

Qeyd edək ki, Azərbaycan futzalçıları növbəti oyununu sentyabrın 23-də İran millisinə qarşı keçirəcək.