423
19:38
22 Sentyabr 2019

“Xəstəliklər fəsli”ndə necə sağlam qalmalı?

Artıq payız fəsli ölkəmizə daxil olur. Bu mövsümdə, temperaturun aşağı enməsi, havanın dəyişməsi nəticəsində insanlarda immunitet zəifləyir və orqanizm bir çox xəstəliklərə qarşı dözümsüz olur.
Bəs immun sisteminin möhkəmləndirilməsi, orqanizmin sağlamlığı üçün bu fəsildə nə etmək lazımdır?
Həkim-terapevt Coşqun Mirməmmədli Lent.az -a açıqlamasında bildirib ki, payızda havanın tez-tez dəyişməsi insanların sağlamlığına təsirsiz ötüşmür.
“Payız fəslində bütün infeksion xəstəliklər baş qaldırır. Buna səbəb, havanın qeyri-sabit keçməsidir. Payızda soyuqdəymə, qrip, vərəm, allergik xəstəliklər daha çox üstünlük təşkil edir. Bu xəstəliklərdən qorunmaq üçün immun sistemini gücləndirən meyvə-tərəvəzlərdən, qidalardan istifadə etmək lazımdır. Bundan başqa, insanlar həm də geyimlərini, həyat tərzini bu fəsilə uyğunlaşdırmalıdır”.
Həkimin sözlərinə görə, immuniteti zəif olan insanlar tərkibi vitamin, minerallarla zəngin olan dərman preparatlarından da istifadə edə bilər:
“Xəstəliklərdən qorunmaq üçün qoruyucu maskalardan, immun sistemini qüvvətləndirən A,B,C vitamini ilə zəngin dərman preparatlarından və ya bioloji qida əlavələrindən istifadə etmək lazımdır”.