290
15:01
21 Sentyabr 2019

57 yaşlı qadın dəm qazından zəhərlənib

Ağstafada dəm qazından zəhərlənmə olub.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Göycəli kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1962 ci il təvəlüdlü Məmmədova Rahilə Baloğlan qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Qadın dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.