298
12:41
21 Sentyabr 2019

İçərisində 2 min manat olan pulqabı oğurlanıb

Bakıda oğurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini İ.Əliyeva avqustun 28-də çantasından içərisində 2000 manat və 2 ədəd bankomat kartı olan pulqabısının oğurlandığını bildirib.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.Hüseynov müəyyən edilərək saxlanılıb
Faktla bağlı araşdırma aparılır.