375
11:07
21 Sentyabr 2019

İkimərtəbəli mağaza yanıb

Şamaxıda mağaza yanıb.
Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, Şamaxı rayonunda ümumi sahəsi 400 m² olan ikimərtəbəli mağazanın 2-ci mərtəbəsinin yanar konstruksiyaları 200 m² sahədə və içərisində olan əşyalar yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.