3282
09:49
21 Sentyabr 2019

Nazirlikdən XƏBƏRDARLIQ: “Ehtiyatlı olun, uşaqları nəzarətsiz qoymayın”

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakıda və Abşeronda yaranmış meteoroloji şəraitlə bağlı əhaliyə xəbərdarlıq edib. Lent.az -ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, sentyabrın 21-i səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.

“Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşın saxlamasınlar. Uşaqları küləkli havada həyətə nəzarətsiz buraxmasınlar. Bir daha əhalini ehtiyatlı olmağa çağırırıq”.