382
17:59
20 Sentyabr 2019

Ağdam kəndində it 22 kilo narkotik tapdı

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub.
Lent.az -ın Türkiyə mediasına istinadla verdiyi məlumata görə, Osmaniyə şəhərinin Ağdam kəndində əməliyyat tədbirləri nəticəsində narkotik maddələr aşkarlanıb.
F.T adlı vətəndaşın evində aparılan əməliyyatda Dora adlı narkotik iyləyib tapan it də iştirak edib. Nəticədə it evin içərisində gizlədilmiş 22 kq qurudulmuş marixuana ələ keçirib. Qurudulmuş marixuanadan əlavə 35 ədəd çətənə kolu və tərəzi də aşkar edilərək götürülüb.
Hadisə ilə əlaqədar polis ev sahibi F.T-nı nəzarətə götürüb.