383
17:20
20 Sentyabr 2019

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib. Qlobal idarəçilərin sayı 20 nəfərdir. Rüfət Rəhimovun adı həmin sıyahıda gedir.
Bu barədə Lent.az -a diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib.
O qeyd edib ki, müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb:
“Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2O15-ci ildə Vikipediyada "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın idarəçisidir.
4 ildir ki, ”Vikipediya”da fəaliyyət göstərir. Əsasən Azərbaycan tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə status” alıb.
1998-ci ildə anadan olan Rüfət Rəhimov hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir”.
Ətraflı bu linkdə tanış ola bilərsiniz: https://meta.wikimedia.org/wiki/Global_sysops