584
13:27
20 Sentyabr 2019

Xalq artistimiz müalicə üçün Türkiyəyə gedib

Azərbaycan Milli Konservatoriyasının "Muğam" kafedrasının müdiri, Xalq artisti Arif Babayev Türkiyənin İstanbul şəhərində müalicə olunur.
APA -nın məlumatına görə, bunu Hüquq Müdafiə Təşkilatlarının Monitorinq Qrupunun təşkilatçılığı ilə keçirilən “Sosial şəbəkələrdə söyüş, təhqir və böhtana YOX deyək” adlı dəyirmi masada Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə deyib. O bildirib ki, Xalq artisti Arif Babayev Türkiyənin İstanbul şəhərində müalicə aldığı üçün bugünkü tədbirə qatılmayıb.
Bundan sonra isə Xalq artisti telefon vasitəsilə tədbir barədə fikirlərini iştirakçılara çatdırıb.