290
19:35
20 Sentyabr 2019

Oğurluq edən yeniyetmə tutuldu

Binəqədidə avtomobildən oğurluq qeydə alınıb.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata əsasən, faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşları sentyabrın 18-də əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini E.Əliyevə məxsus “VAZ-2106” markalı avtomobildən soyğunçuluq yolu ilə maqnitofon aparmaqda şübhəli bilinən Salyan rayon sakini olan bir yeniyetmə saxlanılıb.
Ətrafında aparılan tədbirlərlə onun daha 3 avtomobildən maqnitofon oğurlaması da müəyyən edilib.
Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.