327
19:15
20 Sentyabr 2019

Keçmiş məhkumlar belə tutuldular

Nizami rayonunda oğurluq baş verib.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, hadisə ilə bağlı Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə iyulun 7-də rayon ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini E.Qəhrəmanov və Balakən rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - C.Xəlilov və N.Musayev saxlanılıblar.