352
13:20
20 Sentyabr 2019

Şəmkirdə maşın aşdı: ölən var - YENİLƏNİB

Şəmkirdə baş verən yol qəzasında ölən və xəsarət alanın şəxsiyyəti müəyyənləşib.
APA -nın yerli bürosunun verdiyi xəbərə görə, Göygöl rayon sakini, 62 yaşlı Müzəffər Üzeyir oğlu Şabanovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişin, 50 yaşlı Asif Cəfərov hadisə yerində dünyasını dəyişib. Xəsarət alan sürücü isə xəstəxanaya yerləşdirilib.
***
12:12
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistralının Şəmkirin Könüllü kəndindən keçən hissəsində qeydə alınıb. "Chevrolet Niva" markalı avtomobilin aşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.