428
10:54
20 Sentyabr 2019

Bakı polisində YENİ TƏYİNATLAR

Paytaxın bir sıra şöbə və bölmələrinin rəis müavinləri vəzifələrinə təyinatlar olub.
Məlumatı Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az -a təsdiqləyib. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidovun əmri ilə polis baş leytenantı Nicat Məmmədov Xəzər Rayon Polis İdarəsinin (RPİ) 1-ci Polis Şöbəsinin, polis polkovnik-leytenantı Əli Həsənov Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsinin, polis mayoru Şahbaz Səfərov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin, polis kapitanı Eyvaz Mürvələdov Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin, polis mayoru Xəyal Kazımov Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin rəis müavinləri vəzifələrinə təyin ediliblər.