392
10:27
20 Sentyabr 2019

Azərbaycanlıların olduğu avtobus qəzaya uğradı: Ölənlər var

Dağıstanın Qayakənd rayonu ərazisində ağır avtomobil qəzası baş verib.
Lent.az -ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, mikroavtobusla iki maşının toqquşması nəticəsində iki nəfər həlak olub.
Mikroavtobusdakıların hamısı Azərbaycan vətəndaşı olublar. Həlak olanların hansı maşında olduqları və kimlikləri araşdırılır.