364
23:32
19 Sentyabr 2019

Türkiyə səfiri: "Azərbaycanlıların Türkiyədən kütləvi deportasiyası haqqında məlumatlar yalandır"

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi halda deportasiyasına başlandığı barədə bu gün bəzi saytlarda yayılan məlumatlara münasibət bildirib.

Səfir APA -ya açıqlamasında deyib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.

E. Özoral nəzərə çatdırıb ki, Türkiyədə yaşayan azərbaycanlıların problemləri iki gün əvvəl Bakıda Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay və Azərbaycan Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə keçirilən Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclasında müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması qərara alınıb.