435
19:17
22 Sentyabr 2019

Payız oynaqda ağrılar yaradırmı? - Həkimdən cavab

Payız mövsümü ilə əlaqədar olaraq oynaqlarda olan ağrıların artması müşahidə olunur. Oynaq xəstəliklərindən əziyyət çəkənlər bu problemə qarşı hansı tədbirləri görə bilərlər?

Mövzu ilə bağlı Lent.az -ın suallarını cavablandıran Tədris Terapevtik Klinikasında ATU-nun I daxili xəstəliklər kafedrasının dosenti Adil Nuriyevbildirib ki, havalar soyuyanda oynaqlarda ağrılar arta bilər: “Havalar soyuyanda, atmosfer təzyiqi aşağı düşəndə oynaqdaxili boşluqlarda olan mayenin təzyiqi artır və onun nəticəsində xəstələr ağrı hiss edirlər. Bəzən yağış yağanda, buludu havalarda bu məsələ metroloji faktorlardan asılı ola bilir. Amma ümumillikdə oynaq xəstəliklərinin artmasında mövsümlərin dəyişməsi elə də böyük rol oynamır”.

Həkim bildirib ki, yaşlı adamlarda, ən çox da qadınlarda müəyyən yaşdan sonra ostiartiroza (oynaqlar da ağrılar) daha çox rast gəlinir. Həkimin sözlərinə görə, bu hal çox zaman hormonal pozğunluqla əlaqədar olur: “Qadınlarda estrogenlərin sayı azalır. Estrogenlər sümük toxumasının əmələ gəlməsini sürətləndirən hormondur. Əgər onun çatışmazlığı varsa sümük toxumasında sorulma prosesi gedir, nəticədə osteoproz güclənir və daha çox 50-60 yaşdan sonra qadınların 70-80 faiz ostiartiroz yaranır”.

A.Nuriyev bildirib ki, problemin qarşısını almaq üçün klimaks dövründə əvəzləyici hormonal terapiya lazımdır: “Profilaktika məqsədilə kalsium preparatları qəbul olunmalıdır. Sümük toxuması yoxlanılır və əgər mineral maddələrin sıxlığı azdırsa, kalsium preparatları təyin edirik”.