318
19:53
19 Sentyabr 2019

Maşından oğurluq edən tutuldu

Binəqədidə oğurluq qeydə alınıb.
Lent.az -ın DİN mətbuat xidmətinə istinadən verdiyi məlumata əsasən, faktla bağlı Binəqədi raypn 6-cıl Polis Bölməsi və Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları birgə əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə Binəqədi qəsəbəsinin ərazisində “VAZ-2107” markalı avtomobildən içərisində 105 manat və sənədlər olan pulqabını oğurlamaqda şübhəli bilinən C.Hüseynov saxlanılıb.