770
18:18
17 Sentyabr 2019

Prezident mədəniyyət xadimlərini mükafatlandırdı - SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyət xadimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
APA -nın xəbərinə görə, Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif ediliblər:
Dadaşova Natalya Konstantinovna
Hüseynova Sevda Əli qızı
Məmmədov Nüsrət Cəfər oğlu
Məmmədova Aliyə Tariyel qızı
Zahid Azad Vasif oğlu.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Xalq artisti”
Allahverdiyev Vasif Kərim oğlu
Fərəcov Sərdar Fərəculla oğlu
“Əməkdar incəsənət xadimi”
Xalıqzadə Fəttah Xalıq oğlu
Rəcəbov Oqtay Məmmədağa oğlu
“Əməkdar artist”
Butenko İqor Leonidoviç
Pyatkin Nikolay Aleksandroviç
“Əməkdar müəllim”
Göyçayskaya Səidə Oqtay qızı
Hüseynova Rüxsarə Hüseyn qızı
Yaqubova Nazilə Mir Teymur qızı.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan musiqisinin inkişafı və təbliğində xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Babayev Mobil Rəşid oğlu
Qasımova Ruhəngiz Nağı qızı.
***
Prezident İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Məlumata görə, Azərbaycanda musiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir:
Dadaşov Ağa Dadaş Hacı Bala oğlu
Əfəndiyeva İmruz Məmməd Sadıx qızı.