220
14:52
17 Sentyabr 2019

Mitinqdəki partlayışa görə məsuliyyəti “Taliban” üzərinə götürdü

Əfqanıstanın Parvan vilayətində prezident Əşrəf Qəninin seçki mitinqində törədilən partlayışa görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.
APA -nın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, partlayış nəticəsində Ə. Qəni xəsarət almasa da, ilkin məlumata görə, 24 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
Xatırladaq ki, sentyabrın 28-də Əfqanıstanda prezident seçkiləri keçiriləcək.