238
14:17
17 Sentyabr 2019

Məhkəmə Neymarın cəzasını yüngülləşdirdi

İdman Arbitraj Məhkəməsinin (CAS) iclası keçirilib.
APA -nın məlumatına görə, İsveçrənin Lozanna şəhərində baş tutan yığıncaqda Fransanın PSJ klubunun futbolçusu Neymarla bağlı məsələyə baxılıb.
UEFA-nın üç oyunluq diskvalifikasiya etdiyi hücumçunun cəzası yüngülləşdirilib. Braziliyalı yalnız iki avrokubok matçını buraxacaq.
Ötən mövsüm PSJ-nin “Mançester Yunayted”ə uduzaraq Çempionlar Liqası ilə vidalaşmasından sonra hakimləri sərt tənqid edən Neymar qrup mərhələsinin ilk iki oyununu buraxacaq. O, “Real” və “Qalatasaray”a qarşı oynamayacaq. Oktyabrın 22-də “Brügge” ilə görüşdə PSJ cənubi amerikalının xidmətindən yararlana biləcək.