598
00:40
17 Sentyabr 2019

Putin "Quran"dan sitat gətirdi: "Bundan başlamalıyıq..."

Rusiya prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanına neft obyektlərinə dron hücumları fonunda S-400 və ya S-300 zenit raket kompleksləri sistemlərini almağı təklif edib.
APA -nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə o, Ankarada keçirilən Rusiya-Türkiyə-İran prezidentlərinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşün yekunlarına dair mətbuat konfransında bildirib.
Səudiyyə Ərəbistanında neft zavodlarına edilən hücumla bağlı suala cavab verən Rusiya prezidenti müqəddəs "Qurani-kərim"dən sitat gətirib.
"Müqəddəs Quranda öz ailəni qorumaqdan başqa, hər cür zorakılığın qəbuledilməzliyindən danışılır. Ona görə də öz ailəsini, ölkəsini qorumaq üçün biz Səudiyyə Ərəbistanına müvafiq yardımı göstərməyə hazırıq", - deyə Vladimir Putin vurğulayıb.
Onun sözlərinə görə, Səudiyyə rəhbərliyi müdrik dövlət qərarı vermək üçün yetərlidir ki, İran kimi S-300 və ya Türkiyə hakimiyyəti kimi S-400 alsın: "Bu silahlar Səudiyyə Ərəbistanın hər hansı infranstruktur obyektini etibarlı qoruyacaq".
İran prezidenti Həsən Ruhaninin "S-300, ya S-400-ləri almaq yaxşıdır?" sualına isə Putin belə cavab verib: "Qoy seçsinlər".
Bundan başqa Rusiya lideri bir daha Qurandan sitat gətirərək Səudiyyə Krallığının neft obyektlərinə edilən hücumları şərh edib: "Əhalisinin əksər hissəsinin müsəlmanlar olduğu Türkiyədə olduğum zaman müqəddəs qurandan sitatları xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırla. Bir vaxtlar düşmən idiniz, Allah sizin qəlblərinizi sınadı və sizi qardaş etdi". Buna görə də düşünürəm ki, məhz bundan başlamalıyıq", - deyə Rusiya prezidenti bildirib.