404
16:04
16 Sentyabr 2019

UEFA “Qarabağ”ın hesabına bu qədər pul köçürdü

“Qarabağ”ın 2019-2020-ci il mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində iştirakı ilə əlaqədar UEFA tərəfindən ayrılmış vəsait Ağdam təmsilçisinin hesabına köçürülüb.
APA -nın məlumatına görə, 2 milyon 750 min avronun köçürülməsi AFFA-nın vasitəsilə gerçəkləşib.
Bu vəsait qrup mərhələsində iştirak edən 48 klubun hər biri üçün ayrılır.
Bundan əlavə, “Qarabağ” FK-nın son 10 ildə avrokuboklarda göstərdiyi nəticələrə əsasən müəyyənləşmiş əmsala görə UEFA-nın ayırdığı 1 milyon 142 min 880 avro vəsait də AFFA-nın vasitəçiliyi ilə Ağdam klubunun hesabına köçürülüb.