275
15:32
16 Sentyabr 2019

Mariya Stadnikin dünya çempionatında ilk rəqibi bəlli oldu

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

APA -nın məlumatına görə, sabah qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start veriləcək.

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və Mariya Stadniklə (50 kq) Türkan Nəsirovanın (53 kq) ilk rəqibi müəyyənləşib.

50 kq

Təsnifat. Mariya Stadnik - Miessiney Mersi Genesis (Nigeriya)

53 kq

Təsnifat. Türkan Nəsirova - Nina Hemmer (Almaniya)