256
19:48
16 Sentyabr 2019

Döyüb külli miqdarda pulunu aldılar

Qəbələdə soyğunçuluq qeydə alınıb.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qəbələ rayon Polis Şöbəsinin əməkdaşları faktla bağlı əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə cinayəti törətməkdə şübhəli bilinən Mıxlıqovaq kənd sakini V.Fətəliyev və Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş F.Tağıyev saxlanılıblar. Onların sentyabrın 14-də şəhər ərazisində Oğuz rayon sakini T.Məmmədovu döyərək soyğunçuluq yolu ilə 2838 manat pulunu aldıqları bildirilir.